Bir millət iki dövlət !

0


Bu gün Milli Məclisin bir qrup deputatları Arzu Nağıyev , Malahat Ibrahimgizi , Мusа Urud , Hikmət Babaoğlu Türkiyənin Azərbaycandakı səfirliyində olublar.

Turanın səsi ” xəbər verir ki , Millət vəkilləri baş vermiş zəlzələdə çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfiri cənab Cahit Bağcıya başsağlığı verərək , matəm kitabına ürək sözlərini yazıblar .

⤵️

⤵️

⤵️


Eşidincə ata yurdda depremi,
Axdı yaşım, döndü başım, Türkiyə.
Hər dərdimin, hər qəmimin ortağı
Can qardaşım, qan qardaşım, Türkiyə.

***


Varmı qəza, varmı bəla, de, bunca?
Səninləyik biz ki ömür boyunca.
Faciəni biz uzaqdan duyunca,
Gözlərimdən axdı yaşım, Türkiyə.

***


Öz hökmü var hər zamanın, hər anın,
Yaman gündə yanındayıq biz sənin.
Ana yurdda Vətənimsən, Vətənim,
Vətənimdə vətəndaşım, Türkiyə.

***


Tarix boyu bu əhdimiz pozulmaz,
Türk milləti xar olmamış, xar olmaz.
Hər bəladan türkün beli qırılmaz,
Sən ey mənim can sirdaşım, Türkiyə.

***


Sən çıxmısan tarixdə çox sınaqdan,
Dönməmisən nə gerçəkdən, nə haqdan.
Ey zamanın yollarında hər zaman
Mənim arxam, yol yoldaşım, Türkiyə.

***


Bu taleyi nə yamanla, nə qına,
Dönəcəksən sən dünənki çağına.
Qurban olum sinəndəki dağına,
Uca başım, əməldaşım, Türkiyə.

*

Bəxtiyar Vahabzadə #Deprem.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir