Beynəlxalq tədbirdə

0

Milli Məclisin deputatı Ramil Həsən ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı təsisatı və ATƏT-in hazırda fəaliyyətdə olan sədri Şimali Makedoniya Respublikasının təşkilatçılığı ilə “ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı təsisatının 30 illiyi: Əldə edilmiş təcrübə və yeni çağırışlar – Cənubi-Şərqi Avropada uzunmüddətli sosial birliyin yaradılması” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün iyulun 6-da Avstriya Respublikasının Vyana şəhərinə səfər edəcək. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Tədbirdə Ali Komissarlıq institutunun ötən dövr ərzində münaqişələrin qarşısının alınması istiqamətində fəaliyyəti, qurumun müasir təhlükəsizlik arxitekturasındakı rolu, qazanılmış təcrübə və potensial çağırışlara dair geniş müzakirələr aparılacaq. 

Səfər iyulun 9-da başa çatacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir