Beynəlxalq tədbirdə

0

Milli Məclisin deputatı Vüqar Bayramov “Kosmos – regionda diplomatiya və iqtisadi inkişaf üçün dönüş nöqtəsi” mövzusunda keçiriləcək 6-cı Beynəlxalq Kosmik Forumun işində iştirak etmək üçün iyulun 1-də Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Forum çərçivəsində “Yerin müşahidəsi: texnologiyadan tətbiqə və xidmətə”, “Kosmik Tədqiqatlar: Kainata açılan qapı” və “Kosmik konsepsiyalar və siyasət: təcrübə və ən yaxşı təcrübələrlə mübadilə” mövzularında müzakirələr keçiriləcək. 

Səfər iyulun 4-də başa çatacaq. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir