Beynəlxalq parlament konfransının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Oktyabrın 29-da Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.


Milli Məclisinin sədri Sahibə Qafarova, Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani, Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda, Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean, eləcə də digər ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərləri və üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Arzu Paşaqızı