Beynəlxalq parlament konfransının iştirakçıları Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət ediblər
Dekabrın 7-də ölkəmizdə səfərdə olan “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusundakı beynəlxalq parlament konfransının iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.
Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Konfrans iştrakçıları sonra 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü və Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, gül dəstələri düzüblər.
Ziyarət zamanı nümayəndə heyətlərini Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Heydər Əsədov, Eldar Quliyev, Ağalar Vəliyev, Cavanşir Paşazadə, Səttar Möhbalıyev və digər rəsmi şəxslər müşayiət ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI