Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında

Sentyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

İclası açan komitə sədri Səməd Seyidov komitə üzvlərinə bu sessiyadakı fəaliyyətlərində uğurlar arzulayıb.

O, iclasın gündəliyinə 9 məsələnin – yaz və növbədənkənar sessiyalarının hesabatının, payız sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırıb.
Komitə sədri Səməd Seyidov, gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl Milli Məclisin sentyabrın 9-da keçirilmiş növbədənkənar sessiyasının “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclası barədə fikirlərini səsləndirib. O bildirib ki, Vaşinqton razılaşmaları ölkəmizin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərdən biridir. Azərbaycan və ABŞ arasında imzalanmış bir sıra mühüm sənədlər dövlətlərarası əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edir. Xüsusən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasının simvolu oldu.

⤵️

Arzu Paşaqızı