Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında
Oktyabrın 2-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Komitə sədri Səməd Seyidov, gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl deputatları cari il sentyabrın 1-də, müstəqillik dövründə ilk dəfə Azərbaycanın bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İclasın gündəliyinə 8 məsələ daxil edildiyini diqqətə çatdıran Səməd Seyidov, gündəliyin birinci məsələsi – Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi haqqında ətraflı məlumat verdi. Bildirilib ki, sənədin hazırlanması zamanı dünyada gedən geosiyasi proseslər, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin mart ayında Milli Məclisdə keçirilən andiçmə mərasimində və VII çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi tövsiyələr əsas götürülüb, hədəf və məqsədlər, həmçinin ölkəmizin xarici siyasət prioritetləri diqqətə alınıb, milli maraqlara uyğun strategiyalar formalaşdırılıb və bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI