Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində

Mayın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, gündəlikdə yer alan “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirəni açaraq bildirib ki, bu gün beynəlxalq münasibətlər sistemi dərin böhran içərisindədir. Dövlətlər arasındakı qarşılıqlı münasibət qaydaları və ənənəvi institutların sarsılması xaosa, müharibələrə və qeyri-müəyyənliyə yol açıb. Beynəlxalq münasibətlərdəki bu böhran fonunda Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl, proqnozlaşdırıla bilən, adekvat, sülhpərvər və milli maraqlara xidmət edən xarici siyasət aparmaq qabiliyyətini nümayiş etdirir. Bu, regionda formalaşmış yeni reallıqlar sayəsində mümkün olub. Bu yanaşma, Azərbaycana ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə imkan verməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolunu da əhəmiyyətli dərəcədə artırıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI