Beynəlxalq  konfransda

Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev “MDB ölkələrinin parlament tərəfdaşlığında siyasi partiyaların və blokların fraksiyalarının qarşılıqlı fəaliyyətinin rolu” mövzusunda keçirilən III Beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 13-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.

Turanın səsi in xəbərinə görə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması tərəfindən təşkil olunmuş tədbirdə MDB-yə üzv ölkələrin deputatları iştirak edəcəklər. Toplantıda parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, bu sahədə təcrübə və informasiya mübadiləsi ilə bağlı müzakirələr aparılacaq.

Konfrans çərçivəsində Rusiya Dövlət Dumasının fraksiyalarında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfər dekabrın 16-da başa çatacaq.

Milli Məclisin Mətbuat və 

ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir