Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib
Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Respublika Şurasının sədri “Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğraması ilə əlaqədar özünün və Şuranın deputatları adından Milli Məclisin sədrinə, dost və qardaş Azərbaycan xalqına, qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalmalarını arzulayıb.
Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI