Belarus Nümayəndələr Palatasının və Respublika Şurasının sədrləri təyyarə qəzası ilə bağlı başsağlığı veriblər
Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı ünvanlayıb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Başsağlığında deyilir: “Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması xəbərini böyük kədərlə qarşıladıq. Faciədə həlak olan sərnişinlərin və ekipaj üzlərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, kədərinizə şərik oluruq”.
Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova da təyyarə qəzası ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı verib. Respublika Şurasının sədri qəzada həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyib, yaralananların tezliklə sağalmasını arzulayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI