Baş nazir: “Böyük qayıdışın təmin edilməsinə 19,2 milyard manat yönəldiləcək”

Böyük qayıdışın təmin edilməsinə 19,2 milyard manat yönəldiləcək”.

Turanın səsi”  xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov parlamentin dekabrın 9-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Fəxr edirik ki, iki il bundan əvvəl əzəli torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə işğdaldan azad edilib. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra qlobal iqtisadi prosesləri nəzərə alaraq 2021-ci ildə imzaladığı sərəncamı ilə 2030-cu ilə qədərki sosial inkişafla bağlı milli prioritetləri təsdiq edib. Bu, qarşıdakı illərdə ölkə iqtisadiyyatının davamlı olmasını təmin edir”, – Baş nazir əlavə edib.

O vurğulayıb ki, işğaldan azad olunan ərazilərə Böyük Qayıdış bizim üçün böyük rəmzi məna daşıyır:

“Artıq azad edilən ərazilərdə qayıdışın birinci dövlət proqramı təsdiq edilib. İlkin hesablamala görə inkişaf strategiyasının icrası məqsədilə 32,7 milyard manat vəsait tələb olunur ki, bunun da 19,2 milyard manatı işğaldan azad edilən ərazilərə Böyük qayıdışın təmin edilməsinə yönəldiləcək”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir