Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının65-ci Baş Assambleyasının plenar iclası keçirilib

İyunun 18-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyası keçirilib. Milli Məclisin spikeri, QDİƏTPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova Assambleyada çıxış edib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Azərbaycan parlamentinin sədri qonaqları Bakıda salamlamaqdan məmnunluğunu bildirərək, deyib ki, belə görüşlər xalqların bir-birinə daha da yaxınlaşmasına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə təkan verir.
O, Azərbaycanın dövlət səviyyəsində dialoqa, dinc birgə yaşayışa və beynəlxalq əməkdaşlığa hər zaman böyük əhəmiyyət verdiyini bildirib. Onun sözlərinə görə, bu gün Bakı, ideyaların yarandığı, təcrübə mübadiləsinin aparıldığı, birlikdə regionumuzu yaxşılığa doğru dəyişə biləcək həll yollarının axtarıldığı yerə çevrilir.
Spiker Sahibə Qafarova xüsusilə qeyd edib ki, Azərbaycanın bu mühüm beynəlxalq forumu uğurla təşkili Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və strateji cəhətdən uğurlu siyasi kurs sayəsində mümkün olub. Vurğulanıb ki, məhz dövlət başçısının rəhbərliyi sayəsində Azərbaycan daxili sabitliyi qoruyub saxlaya bilib, ədaləti bərpa edib, davamlı inkişafı təmin edib, dinamik, özünəinamlı və nüfuzlu ölkəyə çevrilib. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan bu gün həm müasir çağırışların öhdəsindən gələn, həm də regional və qlobal gündəmi fəal şəkildə formalaşdıran, sülh, inkişaf və bərabərhüquqlu əməkdaşlığı müdafiə və təşviq edən dövlətdir.

















⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI