Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü işə başlayıb

Noyabrın 16-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Konfransı (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü işə başlayıb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Tədbiri giriş nitqi ilə açan Milli Məclisin sədri Sahibə Qafarova qonaqları salamlayıb. O, tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 90-a yaxın nümayəndə heyətinin iştirak etdiyini bildirib. Qeyd olunub ki, bu, zəmanəmizin ən aktual problemi olan iqlim dəyişikliyi məsələsinin həllindəki qətiyyətimizin və fədakarlığımızın göstəricisidir.
COP29 çərçivəsində Parlament Görüşünün təşkil olunması fikrinin Parlamentlərarası İttifaqın Baş Katibi Martin Çunqonq tərəfindən irəli sürüldüyünü bildirən Milli Məclisin sədri, dəyərli təşəbbüsə görə ona təşəkkür edib və qeyd edib ki, bu tədbir Azərbaycanın keçən ilin dekabrında yekdilliklə COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsindən sonra mümkün olmuşdur.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI