Bəzi rayonların ərazisində dəyişiklik edilir
Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının ərazisində dəyişiklik edilir.
“Turanın səsi ” in xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentdə müzakirə olunacaq.
Məsələnin Regional məsələlər komitəsinin noyabrın 27-də parlamentin “Qarabağ” salonunda saat 11:00-da keçiriləcək iclasında müzakirəsi baş tutacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI