Azərbaycanla Mərakeş arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

İyunun 30-da Milli Məclisin Gənclər və idman komitəsində ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupundan ibarət nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşdə komitə sədri Şahin İsmayılov Azərbaycanla Mərakeş arasında bütün sahələrdə münasibətlərin uğurla inkişaf etdiyini söyləyib, parlamentlər səviyyəsində əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolundan söhbət açıb.
Şahin İsmayılov gənclərlə iş və idman sahəsinin dövlətimizin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb.


⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI