Azərbaycanla BƏƏ arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

0

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.

Turanın səsi ” in xəbərinə görə, bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisə daxil olub.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir