Azərbaycanın multikulturalizm ənənələri Berlində təbliğ olunacaq

0

Milli Məclisin İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov iyunun 17-də Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərinə səfər edəcək.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Millət vəkili səfərdə “Azərbaycanda yəhudi irsi” adı ilə keçirilən tədbirdə  iştirak edəcək.  Avropada fəaliyyət göstərən yəhudi təşkilatlarının, Almaniyanın dövlət və hökumət rəsmilərinin, Bundestaqın üzvlərinin və akademik dairələrin nümayəndələrinin qatılacağı tədbir çərçivəsində, həmçinin “Azərbaycanda yəhudi irsi” adlı fotokitabın təqdimatının və  sərginin keçirilməsi də nəzərdə tutulub.

Səfər iyunun 22-də başa çatacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir