Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir
Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir.
“Turanın səsi ” in xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.
Belə ki, qanun layihəsinə əsasən media subyektlərinin onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir.
Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.
⤵️
” TURANIN SƏSI “___ ARZU PAŞAQIZI