Azərbaycan və Türkiyə parlamentlərininmüdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin görüşündə

Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev aprelin 16-da ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri Hulusi Akar ilə görüşüb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Qonaqları salamlayan Arzu Nağıyev bildirib ki, mütəmadi həyata keçirilən komitələrarası görüşlər təqdirəlayiq haldır. O, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın və ölkələrimizin ortaq maraqlarına xidmət etdiyini deyib, dost və qardaş ölkələrimizə qarşı olan hər hansı bir təhdidin, təhlükənin qarşısını almaq üçün birgə səy göstərilməsinin əhəmiyyətini vurğulayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI