Azərbaycan və Özbəkistan parlamentarilərinin onlayn görüşündə

Oktyabrın 2-də Azərbaycan və Özbəkistan parlamentlərindəki qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib.

Bu bbarədə “turaninsesi.az” – a Milli Məclisin mətbuat xidmətindən məlumat daxil olub.


Milli Məclisin İntizam komissiyasının sədri, parlamentin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov görüşdə çıxış edib. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibəti ilə təbriklərini çatdıran komissiya sədri bildirib ki, prezidentlərimiz arasındakı qardaşlıq münasibətləri və fəal siyasi dialoq sayəsində bu gün bir çox sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf etməkdədir. Eldar İbrahimov yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyini deyərək, parlamentlərimiz arasında qurulan səmərəli əməkdaşlıq münasibətləri, parlamentarilərimizin beynəlxalq təşkilatlarda və digər platformalarda birgə fəaliyyəti barədə fikirlərini bölüşüb.

Arzu Paşaqızı