Azərbaycan və Braziliya arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunacaq
Milli Məclisin Braziliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədov Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün oktyabrın 30-da bu ölkənin Brazilia şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Səfər çərçivəsində Müşfiq Məmmədov, həmçinin Braziliya parlamentində bir sıra ikitərəfli görüşlər keçirəcək. Görüşlərdə parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılacaq.
Səfər noyabrın 4-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI