Azərbaycan və Böyük Britaniya parlament əməkdaşlığı qarşılıqlı etimada əsaslanan münasibətləri əks etdirir

Aprelin 7-də Milli Məclisin deputatları Səməd Seyidov və Asim Mollazadə ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər partiyasının üzvü Lord Con Manla görüşüblər.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov görüşdə Azərbaycanla Böyük Britaniya arasında mövcud olan siyasi və parlamentlərarası münasibətlərin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin gələcəkdə də dərinləşəcəyinə inamını ifadə edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI