Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Onuncu üçtərəfli iclası keçirilib
Fevralın 24-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Onuncu üçtərəfli iclası keçirilib.
Tədbiri açan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclas iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb.
Səməd Seyidov Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın perspektivləri, regionda sülh və sabitliyin əhəmiyyəti, bərpaolunan enerji sahələrində görülən işlər, bu sahədə parlamentlərin rolu, parlamentlərarası əlaqələrin inkişafı, ölkələrimiz üçün ortaq maraq kəsb edən məsələlərdə qanunvericiliyin uyğunlaşdırılması, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri, COP31-in Türkiyədə keçirilməsinin əhəmiyyəti, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, ABŞ-la münasibətlərin inkişafı, Azərbaycan və Gürcüstanın müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığı, regionda yaşıl enerji, nəqliyyat və kommunikasiya sahələrinin gələcəyi və digər məsələlər barədə fikirlərini bölüşüb.


Arzu Paşaqızı