Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin dostluq qruplarının 3-cü iclasında
Aprelin 9-da Milli Məclisdə Azərbaycan Respublikası Milli Məclisi, Türkiyə Respublikası Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin 3-cü iclası keçirilib.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov tədbir iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarova adından salamlayaraq, bildirib ki, ölkələrimiz arasında əlaqələr günbəgün genişlənir, inkişaf edir və bu gün özünün ən qürurverici anlarını yaşayır. Dövlətlərimiz, xalqlarımız arasında bütün sahələrdə sıx əməkdaşlıq və dostluq münasibətləri mövcuddur. O, bu əlaqələrin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu olduğunu vurğulayıb.

Arzu Paşaqızı