Azərbaycan-Polşa əlaqələri inkişaf edir

​Sentyabrın 30-da Milli Məclis sədrinin müavini Rafael Hüseynov ölkəmizdə səfərdə olan Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun sədri Pşemıslav Vitekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


​Qonaqları səmimi salamlayan Milli Məclis sədrinin müavini ölkələrimiz arasında tarixi əlaqələrə əsaslanan ənənəvi dostluq münasibətlərindən danışıb. O bildirib ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş polyak memarların yerli memarlarla birgə Bakının memarlıq simasının zənginləşdirilməsində göstərdikləri xidmətlər xalqlarımız arasında mənəvi bağlılığın və qarşılıqlı hörmətin bariz nümunəsidir. Qeyd olunub ki, polşalı memarlar Bakının memarlığında mühüm iz qoymuş, şəhərin bir çox möhtəşəm tarixi binalarını inşa ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI