Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Parlamentlərarası İttifaqının (PAİ) 151-ci Assambleyasında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olub.
Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Assambleya çərçivəsində keçirilən müzakirələrdə iştirak və çıxış ediblər.
Belə ki, nümayəndə heyətinin üzvləri – deputat Sevil Mikayılova təşkilatın İcraiyyə Komitəsinin, Qadın Parlamentarilər Bürosunun iclaslarında, deputat Əminə Ağazadə isə təşkilatın Demokratiya və İnsan Haqları Daimi Komitəsinin iclaslarında və ümumi müzakirələrdə çıxış ediblər.



Arzu Paşaqızı