Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərininİsveç parlamentində İsveç-Ermənistan dostluq qrupu üzvlərinə məktubu
Biz, Azərbaycan Respublikası Milli Məclisinin İsveç parlamenti ilə əlaqələr üzrə işçi qrupunun üzvləri, İsveç parlamentinin “İsveç-Ermənistan dostluq qrupu” kimi bu il martın 6-da qəbul etdiyiniz əsassız, qeyri-obyektiv və qərəzli bəyanatı qətiyyətlə rədd edirik.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Saxta məlumatlar və yalan ittihamlar ilə dolu olan bu bəyanat reallığı təhrif etmək, Azərbaycan Respublikasının suverenliyini şübhə altına almaq, erməni separatçılarının və müharibə canilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri təmizə çıxarmaq üçün göstərilən rüsvayçı bir cəhddir.
Erməni lobbisinin bir hissəsi olaraq, siz Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən 30 illik işğalının, dinc azərbaycanlı sakinlərə qarşı saysız-hesabsız hərbi cinayətlərin, etnik təmizləmələrin və insan hüquqlarının kütləvi surətdə kobudcasına pozulmasının üstündən sükutla keçməyi qərara almısınız. Siz erməni silahlı birləşmələrinin törətdiyi vəhşiliklərə, Xocalı soyqırımına, günahsız insanları, o cümlədən uşaqları, qadınları və qocaları dözülməz işgəncələr verərək qəddarcasına qətlə yetirməsinə bilərəkdən göz yummağa üstünlük vermisiniz.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI