Azərbaycan-Gürcüstan iqtisadi əlaqələri genişlənir

İyunun 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində ölkəmizdə səfərdə olan Gürcüstan Parlamenti nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşdə komitə sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında qədim tarixə malik dostluq və qardaşlıq əlaqələri mövcuddur. Hazırda iki ölkə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir. Xalqlarımız hər zaman dərin hörmətə əsaslanan mehriban qonşuluq şəraitində yaşayıb.
Komitə sədri Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələrinin dinamik inkişaf etdiyini deyib. Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının uğurla fəaliyyət göstərdiyini söyləyib. Parlament komitələri arasında səmərəli əlaqələrin qurulduğunu bildirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI