Azərbaycan Əlcəzair parlamentlərinin dostluq qruplarının görüşündə
Aprelin 23-də Milli Məclisin Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının Milli müdafiə komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Milli Məclisin Əlcəzairlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Abbaszadə ölkələrimiz arasında münasibətlərin genişləndiriməsinin əhəmiyyətindən danışıb, bu istiqamətdə qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. O, eyni zamanda, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin rolundan bəhs edib, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən söz açıb. Deyib ki, Azərbaycanla Əlcəzair üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində daim əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Mahir Abbaszadə Azərbaycanın öz əzəli torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra iki ölkə arasında münasibətlərin normallaşması prosesindən danışıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI