Azərbaycan-Çili parlamentlərarası əlaqələri inkişaf edir
Dekabrın 15-də Milli Məclisin Azərbaycan-Çili parlametlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Çili Milli Konqresinin Çili-Azərbaycan parlamentlərarası dostluq qrupu arasında onlayn görüş olub.
Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov qarşı tərəfi salamlayaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi barədə danışıb. Bildirib ki, hazırda 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad olunmasından sonra həmin ərazilərdə sürətli tikinti-quruculuq və bərpa işləri aparılır, “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri həyata keçirilir. Artıq məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması prosesinə başlanılıb.
“Turanın səsi” xəbər verir ki , Onlayn görüşdə Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Xavyer Çauan Çili və Azərbaycan arasında əlaqələrin gələcək inkişafı, belə görüşlərin əhəmiyyəti, Azərbaycanın Vətən müharibəsində qələbəsi barədə danışıb.
Söhbət zamanı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın perspektivlərindən bəhs edilib.
Görüşdə Milli Məclisin deputatları, Azərbaycan-Çili parlametlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Nigar Arpadarai və İqbal Məmmədov çıxış edərək Azərbaycan-Çili dostluq münasibətləri barədə fikirlərini bölüşüblər, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıblar.
Onlayn söhbətdə iki ölkə arasında iqtisadi, ekoloji, investisiya və digər sahələrdə əməkdaşlığın daha da inkişaf edəcəyinə inam ifadə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09