Avstriyanın paytaxtı Vyanada Ulu Öndərin 100 illik yubileyi qeyd olunacaq

0

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin komitə sədri, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili mayın 12-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Burada Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş qala konsert, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda fotosərgi və digər tədbirlər keçiriləcək. Tədbirlərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatından və ictimai-siyasi fəaliyyətindən bəhs ediləcək.

Səfər mayın 14-də başa çatacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir