Avstriya Respublikası Milli Şurasının Avstriya-Cənubi Qafqaz Parlament Qrupunun nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Avstriya-Cənubi Qafqaz Parlament Qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Avstriya ilə parlamentlər arası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili və digər rəsmi şəxslər müşayiət ediblər.