Avroparlamentdə keçirilən dinləmə təşəbbüskarı olduğumuz sülh prosesinə müdaxilə cəhdidir-DEPUTAT
Avropa Parlamentində dünən keçirilən 8, qəbul edilən qətnamə Azərbaycanın təşəbbüskarı olduğu sülh və dövlətlərarası normallaşma prosesinə müdaxilə cəhdidir.
“turaninsesi.az” xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev Milli Məclisdə deyib.
“Təəssüf ki, Avropa İttifaqı malik olduğu resurslarla yeni əməkdaşlıqda yer almaq, sülh gündəliyini dəstəkləmək əvəzinə, keçmiş münaqişə dövrünün narrativlərini modifikasiya edərək Ermənistana səhv istiqamətlərdə dəstək göstərir.
“Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədində yer alan bir sıra məsələlər regiona qərəzli yanaşmanın bariz nümunəsidir. Ermənistanın hərbiləşdirilməsi məqsədi ilə “Avropa Sülhü Fondu” adlandırılan mexanizmin yenidən işə salınması da bunu təsdiqləyir”, – o deyib.
Arzu Paşaqızı