Avronest PA-nın Büro iclasında Ermənistanın canfəşanlıq göstərdiyi qətnamə rədd edilib

0

Xəbər verildiyi kimi, Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov və Nurlan Həsənov bu təşkilatın 10-cu plenar sessiyasında iştirak etmək üçün fevralın 18-dən Moldovanın Kişineu şəhərində səfərdədirlər.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Sessiyadan əvvəl Avronest PA Bürosunun iclasında Belarus, Azərbaycan və Gürcüstana qarşı hazırlanmış, Ermənistan nümayəndə heyətinin xüsusu canfəşanlıq göstərdiyi qətnamə rədd edilib. Qətnamənin mövzusu “Siyasi dustaqlar” olsa da, mətndə Azərbaycanın guya mövcud olan “erməni dustaqları” azad etməsinə çağırış yer alırdı.

Azərbaycan, Gürcüstan, Ukrayna nümayəndə heyətlərinin məntiqi izah və mövqeyindən sonra, Ermənistan nümayəndə heyətinin etirazlarına baxmayaraq, iştirakçıların yekdil qərarı ilə qətnamə rədd edilib.

⤵️

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir