AŞPA-nın komitə iclaslarında

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rafael Hüseynov və Nigar Arpadarai Avropa Şurası Parlament Assambleyasının 5-7 dekabr tarixlərində Paris şəhərində keçiriləcək komitə iclaslarında iştirak edəcəklər.

***

AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin dekabrın 5-də və 6-da keçiriləcək iclaslarına deputat Rafael Hüseynov qatılacaq. 

İclasda onlayn təhsilin təşviqi, Avropa Şurasının açıq akademik şəbəkələrinin yaradılması, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, iqlim dəyişikliyinin mədəni irsə təsiri və digər məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul olunacaq.

***

AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin dekabrın 7-də keçiriləcək iclasında Milli Məclisin deputatı, AŞPA-nın İctimai sağlamlıq və davamlı inkişaf üzrə alt komitəsinin sədri Nigar Arpadarai iştirak edəcək.

İclasda bəzi münaqişəli və böhranlı ölkələrdən olan miqrantların vəziyyətini araşdırmaq üçün məruzəçilər təyin ediləcək, miqrantların və qaçqınların üzləşdikləri problemlər araşdırılacaq. Tədbirdə miqrantların, qaçqınların və məcburi köçkünlərin idman vasitəsilə sosial həyata inteqrasiyası, sığınacaq və beynəlxalq müdafiənin təmin edilməsi kontekstində Avropa həmrəyliyi kimi mövzular müzakirə olunacaq.

Deputatlarımız tədbirlərdə müzakirə olunan məsələlərə münasibətlərini bildirəcəklər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir