AŞPA-nın komitə iclasında

0

Milli Məclisin deputatı Nigar Arpadarai AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 20-də İslandiyanın Reykyavik şəhərinə səfər edəcək.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Tədbirdə “Seçkiqabağı kompaniyalarda miqrasiya və sığınacaq məsələlərinin miqrantların qəbuluna və hüquqlarına təsiri”, “İnsan hüquqlarına uyğun sığınacaq prosedurlarının təmin edilməsi”, “Sığınacaq və beynəlxalq müdafiənin təmin edilməsi kontekstində Avropa həmrəyliyi” kimi mövzular müzakirə olunacaq, müəyyən təşkilati işlərə baxılacaq.

Səfər sentyabrın 23-də başa çatacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir