AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında
Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün dekabrın 11-də Paris şəhərinə səfər edəcəklər.
“Turanın səsi” xəbər verir ki , Komitənin iclasında insan hüquqları və qanunun üstünlüyünə təhdidlər, Birləşmiş Krallıqda insan hüquqları sahəsində qanunvericilik islahatları, onun Avropada insan hüquqlarının müdafiəsinə təsirləri və digər məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul olunacaq.
Tədbirdə Milli Məclisin deputatı Kamal Cəfərov “Birləşmiş Krallığın insan hüquqları qanunvericiliyində islahatları: daxildə və Avropada insan hüquqlarının qorunması kontekstində nəticələri” mövzusunda məruzə ilə çıxış edəcək.
Deputatların səfəri dekabrın 13-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09