Aqrar siyasət komitəsinin iclasında

İyunun 13-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Komitə sədri Tahir Rzayev iclasda 1 məsələnin – Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunlarda dəyişiklik edilməsi barədə “ qanun layihəsinin birinci oxunuşda müzakirə ediləcəyini bildirib.
Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2022-ci il tarixli 1656 nömrəli Fərmanı ilə təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) yararsız hala düşmüş və ya məhv olmuş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa olunmuş yeni yaşayış evləri və çoxmənzilli binaların sənədləşdirilməsi məsələlərinin hüquqi baxımdan tənzimləndiyi bildirilib.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI