Aqrar siyasət komitəsinin iclasında

Mayın 19-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. İclası açan komitə sədri Tahir Rzayev gündəliyə 3 məsələnin daxil edildiyini söyləyib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Qanun layihələri barədə məlumat verən komitə sədri “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı bildirib ki, sazişin məqsədi bitki xəstəlikləri və zərərvericilərə qarşı birgə mübarizə aparmaq, zərərli orqanizmlərin yayılmasının qarşısını almaqdır. Vurğulanıb ki, sənəd, bir tərəfdən məhsullarımızın xarici bazarlara çıxışını asanlaşdırır, digər tərəfdən isə ölkəyə idxal edilən məhsullar vasitəsilə zərərli orqanizmlərin daxilolma riskinin qarşısını almaq üçün effektiv hüquqi mexanizm yaradır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI