Ankarada Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri arasında görüş olub

Xəbər verdiyimiz kimi, spiker Sahibə Qafarovanın başçılığı ilə Milli Məclisin nümayəndə heyəti Türkiyəyə rəsmi səfər edib.
Səfər çərçivəsində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan nümayəndə heyətini salamlayaraq, dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafının məmnunluq doğurduğunu bildirib. O, Milli Məclisin sədri Sahibə Qafarovanın yenidən bu vəzifəyə seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etdiyini xatırladaraq, bildirib ki, ölkələrimiz arasına mövcud olan bu gözəl ənənə parlament müstəvisində də davam etdirilir. Şamil Ayrım Milli Məclisin sədrinin bu səfərinin də münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI