AMB-nin sədri: “Kredit faizlərimiz region ölkələri ilə müqayisədə aşağıdır”
Azərbaycanda kredit faizləri region ölkələri ilə müqayisədə aşağıdır.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
“Bu gün Azərbaycanda orta kredit faizi hüquqi şəxslər üzrə 10,1 %, fiziki şəxslər üzrə 16,1 %-dir. Rusiyada bu göstəricilər müvafiq olaraq 8,9 % və 12,5 %, Gürcüstanda 4,5 % və 18,6 %, Qazaxıstanda isə 18,9 % və 19,1 %-dir. Yüksək inflyasiya şəraitində kredit faizlərinin azaldılması məqbul hesab edilmir. Bu, qiymət artımını sürətləndə bilər”, – deyə baş bankir qeyd edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI