Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

Sentyabrın 19-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Hicran Hüseynova iclası açaraq, qarşıdakı sessiyada komitə üzvlərinə fəaliyyətlərində uğurlar diləyib və gündəliyə 3 məsələnin daxil edildiyini bildirib.


Komitə sədri, əvvəlcə 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ötən sessiya ərzində komitənin 7 iclası keçirilib, həmin iclaslarda 12 məsələ müzakirə edilib. Bununla yanaşı, komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan 300-ə yaxın müraciətə baxılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Ötən sessiya dövründə komitədə dinləmələr keçirilib, habelə deputatların beynəlxalq tədbirlərdə iştirakı baş tutub.

⤵️

Arzu Paşaqızı