Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

Mayın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova iclasın gündəliyinə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının daxil edildiyini söyləyib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Məsələ ilə bağlı fikirlərini açıqlayan Hicran Hüseynova bildirib ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən, hər il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı Milli Məclisə təqdim olunur. O, Azərbaycanın gender bərabərliyinin təminatı sahəsində beynəlxalq konvensiyalara qoşulduğunu, ölkə Konstitusiyasında və qəbul edilən qanunlarda kişilər və qadınlar üçün bərabər hüquq və imkanların təsbit olunduğunu, bu sahədə bir çox uğurların əldə edildiyini deyib.
Komitə sədri vurğulayıb ki, 30 il əvvəl qəbul olunmuş, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabər eyni hüquq və azadlıqlara malik olması öz əksini tapıb və bununla demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb, ictimai-siyasi həyatın bütün sahələrində gender bərabərliyi təmin olunub. O, Prezident İlham Əliyevin gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm sənədlər imzaladığını xüsusi qeyd edib, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə xidmətlərini yüksək qiymətləndirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI