Adil Əliyev 160 nəfər birinci sinif şagirdini məktəbli ləvazimatları ilə təmin edib

0

Sentyabrın 11-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Bakının Nərimanov rayonunda yeni tədris ili ərəfəsində təhsil ictimaiyyəti ilə görüş keçirib. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 

Vitse-spiker Adil Əliyev çıxışında bildirib ki, uşaqlarımızın həvəslə məktəbə hazırlaşdıqlarını görmək hər birimizi sevindirir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Uşaqlar bizim gələcəyimizdir”. Bizim borcumuz uşaqlarımızı təhsilli, savadlı, vətənpərvər ruhda böyütmək, milli-mənəvi dəyərlərimizi onlara aşılamaqdır. 

O, diqqətə çatdırıb ki, bu gün uşaqlarımızın təhsilə, məktəbə böyük həvəs göstərməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elm, təhsil və gənclər sahəsində yürütdüyü uğurlu siyasətin bəhrəsidir. Uşaqlarımızın xoşbəxt və uğurlu gələcəyinin açarı məhz təhsildə, elmdədir. Uşaqlara oxumaq, təhsil almaq, savadlı olmaq kimi bacarıqların erkən yaşlarından təbliğ edilməsinin zəruriliyinə toxunan sədr müavini, dövlətin təhsil sahəsinə böyük vəsaitlər sərf etdiyini, hər il yeni məktəblərin tikildiyini, əsaslı təmir edildiyini qeyd edib. Vitse-spiker bildirib ki,  I Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən icra olunan “Yenilənən Azərbaycana yeni məktəb” və digər layihələr təhsilimizə əvəzsiz töhfələr verir. 

Daha sonra tədbirdə 160 nəfər birinci sinif şagirdinə vitse-spiker Adil Əliyev tərəfindən məktəbli formaları, çantalar və digər məktəbli ləvazimatları hədiyyə edilib, onlara təhsil həyatında uğurlar arzulanıb.

Tədbirdə çıxış edən Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və ictimaiyyət nümayəndələri şagirdləri təbrik edərək, onlara uğurlar arzulayıblar.

Daha sonra çıxış edən müəllimlər, valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir