Adil Əliyev : Zəfərin mübarək , Azərbaycan

“8 Noyabr – Zəfər Günü” münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edirəm.

Prezident, Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, şanlı ordumuzun şücaəti hesabına artıq 2 ildir ki, tarixi torpaqlarımız azaddır, üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır.

Bu gün dünya azərbaycanlıları böyük Zəfəri qeyd edir və möhtəşəm Qələbəmiz ilə hər kəs fəxr edir.

Bizə tarixi Qələbəni bəxş edərkən, öz canlarını qurban verən şəhidlərimizi böyük hörmət və ehtiramla anır, Allahdan onlara rəhmət, qazilərə şəfa diləyirik. Zəfərin mübarək, Azərbaycan.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir