Adil Əliyev şəhid və qazi ailələrinin növbəti qəbulunu keçirdi
Milli Məclisin deputatı Adil Əliyev seçildiyi 20 saylı Nərimanov II seçki dairəsində yerləşən seçki qərargahında 38 nəfər şəhid ailələrinin, qazilərin və seçicilərin növbəti dəfə qəbulunu keçirtdib.
“Turanın səsi ” xəbər verir ki , qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məzmunlu müraciətlər tərəfimdən dinlənildi, bir qisim müraciətlərin isə yerindəcə həllinə nail olunub. Habelə digər müraciətlərin həll edilməsi ilə əlaqədar aidiyyəti üzrə məktublar hazırlanıb.
Vətəndaşların sosial rifah vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən bütün addımlar atılır. Eləcə də, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların qəbulunun edilməsi, müraciətlərinin dinlənməsi istiqamətində tərəfimizdən genişmiqyaslı iş aparılır. Eyni zamanda ünvanıma daxil olan bütün şifahi və yazılı müraciətlər geniş şəkildə təhlil edilərək, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq addımlar atılır.
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09