Adil Əliyev Ramazan bayramı münasibətilə 1 saylı uşaq evində olub
Milli Məclisin Vitse -Spikeri Adil Əliyev Müqəddəs Ramazan bayramı münasibətilə Nizami rayonunda yerləşən 1 saylı uşaq evini ziyarət edib, uşaqların bayramlarını təbrik edib.
“turanın səsi ” xəbər verir ki , Millət vəkili Adil Əliyev ordakı uşaqlara gözəl bayram abu- havası yaradıb , oyunlar oynayıb , rəqs edib ,daha sonra hədiyyələr təqdim edib .
Necə desək tam bir əyləncə !
Əslində uşaq evlərində böyüyən uşaqların gözlərinin dərinliyindən bir kədər baxar onlarla üz- üzə olanda bunu hiss etməmək mümkün deyil. Ana , ata qayğısından məhrum olan uşaqları güldürmək , onlarla vaxt keçirmək bir başqa hissdir . Adil Əliyev hər zaman olduğu kimi , öz insanlıq borcunu ,öz vəzifə borcunu həm Allah həm də dövlətimiz qarşısında şərəfiylə , vicdanıyla , icra edib və bu gün də etdi.
Millət Vəkilinin öz sosial hesabında paylaşdığı fikirləri ” turanın səsi ” olduğu kimi təqdim edir :
⤵️
⤵️
Ramazan bayramı münasibətilə Nizami rayonunda yerləşən 1 saylı uşaq evini ziyarət edib, uşaqların bayramlarını təbrik etdim .
Ulu öndər Heydər Əliyevin dediyi “Uşaqlar bizim gələcəyimizdir !” və biz bu gələcəyin sağlam qurulması üçün hər birimiz səfərbər olmalıyıq. Xüsusilə valideyn himayəsindən məhrum olan uşaqların diqqət və qayğıları Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq uşaqlar və ahıllar evinə ziyarətlər təşkil edir və sakinlərin qayğıları ilə maraqlanırlar. Bugünkü ziyarətdə bir daha əmin oldum ki, sosial həssas təbəqədən olan uşaq və yeniyetmələrin bütün ehtiyacları dövlət tərəfindən ən yüksək şəkildə qarşılanır, onların yalnız bizim mənəvi dəstəyimizə ehtiyacları var.
⤵️
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI