Adil Əliyev: “İlham Əliyevin xarici siyasət strategiyası dayanıqlı inkişafımızın təminatçısıdır”

0

mövqelərinin gücləndirilməsi və müxtəlif tərəfdaşlıqların qurulması işini usanmadan, yorulmadan davam etdirirdi. Bu, İlham Əliyevin Prezident kimi çox güclü xüsusiyyətidir, yəni ölkəmizə qarşı yönəlmiş  qərəzə, ədalətsiz münasibətə və ikili standartlara əsaslanan yanaşmalara baxmadan, bütün tərəflərlə və dövlətlərlə diplomatiyanı davam etdirir, diplomatik imkanlardan sona qədər istifadə edir. Dövlət başçımızın belə liderlik tərzi Vətən müharibəsinin ən ağır, ən gərgin günlərində də, ondan əvvəl və sonrakı dövrlərdə, elə bu gün də  xarici siyasət və diplomatiyamızın  aparıcı xətti kimi davam etmişdir. 

Prezident İlham Əliyevin hazırda yürütdüyü fəal xarici siyasət Vətən müharibəsində qazandığımız zəfərimin nəticələrinin beynəlxalq səviyyədə tanınmasına xidmət edir. O, fərqli dövlətlər və güc mərkəzləri ilə fəal, səmərəli münasibətlər quraraq milli maraqlarımızı reallaşdırır. Son günlərdə Prezident İlham Əliyevin Bolqarıstana səfəri və səfər zamanı Yunanıstan-Bolqarıstan Qaz interkonnektorunun rəsmən istifadəyə verilməsi, Praqaya səfəri və orada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşləri, Sankt-Peterburqa səfəri və MDB-nin qeyri-formal sammitində iştirakı, Qırğızıstan və Qazaxıstan səfərləri və keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, o cümlədən Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirakı və çıxışı onun 15 oktyabr 2003-cü ildə ilk dəfə Prezident seçildiyi gündən milli maraqlarımızın qorunması, həyata keçirilməsi və inkişafı naminə qət etdiyi yolun məntiqi davamı kimi atılan addımlardır. Bu mürəkkəb konfiqurasiyalı addımlar Azərbaycan dövlətinin mövqelərinin beynəlxalq münasibətlər sistemində dayanıqlı inkişafını təmin edən İlham Əliyev xarici siyasət strategiyasının parlaq təzahürləridir. Məhz bu strategiya Azərbaycanı müxtəlif risk və təhdidlərdən qoruyaraq sabit və dayanıqlı inkişafını təmin edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir