Adil Əliyev: “İlham Əliyev sülh gündəliyini dünya mediasının gündəmində saxlayır”

0

İlham Əliyev sülh gündəliyini dünya mediasının gündəmində saxlayır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü proaktiv xarici siyasət xətti və hücum diplomatiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması və mühüm aktor kimi çıxış etməsində önəmli rol oynayır.

Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev deyib .

21-23 iyulda “4-cü Sənaye İnqilabı Dövründə Yeni Media” mövzusunda keçirilmiş Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin açılış çıxışı və 22 iyulda onun “China Global Television Network” televiziya kanalında yayımlanmış müsahibəsi məhz ölkə başçısının liderliyi ilə aparılan proaktiv xarici siyasət və hücum diplomatiyası kontektsində nəzərdən keçirilməlidir. 

Azərbaycan fəal rəsmi diplomatiya aparır, xarici siyasət həyata keçirir. Diplomatlarımız bu istiqamətdə əzmlə çalışırlar. Amma Prezident İlham Əliyevin irəli sürdüyü proaktiv xarici siyasət və hücum diplomatiyası təkcə rəsmi kanallarla aparılan formal diplomatiya ilə məhdudlaşa bilməz. Bu, özündə daha geniş və daha kompleks yanaşmanı ehtiva edir. İctimai diplomatiya və beynəlxalq media ilə işləmək medianın beynəlxalq münasibətlərin formalaşmasında mühüm bir faktora və sosial medianın mühüm bir gücə çevrildiyi hazırkı dövrdə zəruridir. Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışı, iştirakçılarla ünsiyyəti və onun “China Global Television Network” televiziya kanalına verdiyi müsahibəsi həmin zərurəti qarşılamaq baxımından dəyərləndirilməlidir. 

Dünyanın müxtəlif ölkələrindən aparıcı media nümayəndələrinin Şuşaya, Azərbaycana gəlməsi və orada Prezidentlə birbaşa və səmimi sual-cavabı və ünsiyyəti Azərbaycanın informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Çünki bu toplantıda Azərbaycan həqiqətləri onlara birbaşa ölkə başçısının dilindən çatdırıldı. Eləcə də Çin kimi dünyada böyük bir güc mərkəzinin aparıcı televiziya kanalına verilən müsahibə də eyni missiyanı yerinə yetirdi. Prezident İlham Əliyev bu fürsətlərdən məharət və ustalıqla istifadə etdi, ölkəmizin daxili və xarici siyasət məsələləri ilə bağlı fikirlərini, mövqeyini və baxışlarını çatdırdı, habelə regional və beynəlxalq vəziyyətlə bağlı fikirlərini ifadə etdi. Xüsusən də o, əsas diqqəti Azərbaycanın təşəbbüsü və diktəsi ilə inkişaf etdirilən və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar edilməsini və böyük sülh sazişinin imzalanmasını nəzərdə tutan sülh gündəliyinə yönəltməyə müvəffəq oldu. 

Məşhur rusiyalı hərbi ekspert İqor Korotçenkonun sualına cavab verərkən, Prezident İlham Əliyev sülhün təkcə Azərbaycan üçün deyil, eləcə də bütün region, o cümlədən və xüsusən də Ermənistan üçün vacib və faydalı olacağını bəyan etdi, sülhün mahiyyətcə  resursların hərbi sferadan iqtisadi tərəqqiyə, dinc inkişafa və rifaha yönəldilməsi demək olduğunu vurğuladı: “Ermənistanla münasibətlərin tənzimlənməsində də biz sülh müqaviləsinin imzalanmasına nail olsaq, bu, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyəti sağlamlaşdıracaq və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq. Çünki yüksək risk zonası təkcə ekspertlərin qiyməti deyil, bu, həmçinin reytinqlərdir, kreditlənmə imkanlarıdır. Bunlar birbaşa olaraq xarici sərmayələrlə bağlı məsələdir, xüsusilə indi. İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar. Ermənistanla münasibətlərin tənzimlənməsi bu sualı gündəmdən çıxaracaq. Münasibətlərin normallaşması həm bizim iqtisadiyyat, həm də Ermənistan iqtisadiyyatı üçün və ümumiyyətlə, daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək. Müdafiə potensialı ilə bağlı bu qədər maliyyələşdirməyə ehtiyac qalmayacaq. Odur ki, müəyyən maliyyə resursları ixtiyarımızda sərbəst olacaqdır”. 

İyun ayında Çin televiziyasına verdiyi müsahibə zamanı da Prezident Ermənistanla sülhə dair Azərbaycanın baxışını dəqiq ifadə etdi: “Sülh müqaviləsi ilə bağlı mövqeyimiz həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir. Biz sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladıq. Bir neçə dəfə danışıqlar aparılıb və iyunun sonunda davam etdiriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir – onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar”.  Hər iki tədbirdə Qarabağda yaşayan erməni əhalisinin gələcəyi ilə bağlı məsələlərə də bir daha aydınlıq gətirildi. Prezident açıq şəkildə bəyan etdi ki, “onların hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq”. 

Beləliklə, Prezident İlham Əliyev müəyyən etdiyi proaktiv xarici siyasət və hücum diplomatiyası konsepsiyalarımıza uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sülh gündəliyini dünya mediasının gündəmində saxlayır.  “Əl-Cəzirə” televiziyası, “TASS” xəbərlər agentliyi, “China Global Television Network” kimi media qurumlarının Prezidentin Şuşa Media Forumunda verdiyi  bəyanatlardan, xüsusən də sülh gündəliyi ilə bağlı səsləndirdiyi mövqedən bəhs edən reportaj və məqalələr yayımlamaları bunun konkret təzahürüdür. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir